Türkiyə Suriyada hərbi əməliyyatları davam etdirəcək

Türkiyə Suriyada hərbi əməliyyatları davam etdirəcək Bunu Prezident Ərdoğan bəyan edib
Region
4 Aprel , 2017 00:16
Türkiyə Suriyada hərbi əməliyyatları davam etdirəcək

Bakı. 4 aprel. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Suriyanın şimalındakı terror qruplaşmalarına qarşı əməliyyatları davam etdirmək niyyətində olduğunu bildirib.

"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, bunu o, aprelin 3-də Trabzon şəhərində çıxışı zamanı deyib.

“Biz "Fərat qalxanı" əməliyyatının birinci mərhələsini başa vurduq. Bundan sonra başqaları olacaq. Hazırda biz digər regionlarda da terror qruplaşmalarını əzmək üçün yeni əməliyyatlara hazırlaşırıq. Biz onlara yeni adlar verəcəyik”, - deyə o əlavə edib.

Türkiyə Prezidenti, həmçinin bildirib ki, bu qruplaşmaları "çox gözəl sürprizlər" gözləyir.

Son xəbərlər

Orphus sistemi