Türkiyə Suriyada "Fərat qalxanı" əməliyyatını başa çatdırıb

Türkiyə Suriyada "Fərat qalxanı" əməliyyatını başa çatdırıb İŞİD-ə qarşı yönəlmiş əməliyyat ötən ilin avqustunda başlamışdı
Region
29 Mart , 2017 21:52
Türkiyə Suriyada Fərat qalxanı əməliyyatını başa çatdırıb

Bakı. 29 mart. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında başladığı "Fərat qalxanı" əməliyyatı uğurla başa çatdırılıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının çərşənbə günü prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi altında keçirilən iclasının yekun bəyanatında bildirilir.

"Qeyd olunub ki, milli təhlükəsizliyin təmin edilməsi, İŞİD-dən gələn təhlükənin qarşısının alınması və suriyalı qaçqınların vətənlərinə geri qaytarılması məqsədi ilə başladılan "Fərat qalxanı" əməliyyatı uğurla başa çatıb", — deyə MTŞ-nin bəyanatında vurğulanır.

Türkiyə ordusu 24 avqust 2016-cı il tarixində İŞİD-ə qarşı "Fərat qalxanı" əməliyyatına başlayıb, Suriya müxalifətinin iştirakı ilə sərhəddə yerləşən Cərablus, həmçinin Əl-Bab şəhərlərini azad edib.

Son xəbərlər

Orphus sistemi