Yuxarı

​Türkiyə Suriya ilə sərhədə beton divar inşasını sürətləndirib

Divarın tikilməsində istifadə edilən beton blokların birinin hündürlüyü 3 metr, ağırlığı 7 ton, qalınığı 30 sm, eni 2 metrdir

Bakı. 20 avqust. REPORT.AZ/ Türkiyə Suriya ilə sərhəddə beton divar inşasını daha da sürətləndirib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə Suriya ilə sərhəddəki Reyhanlı bölgəsində sərhədi tamamilə beton divarla örtəcək.

Bir müddət öncə 45 kilometrlik sərhədin 12 km-ni beton divarla örtmək nəzərdə tutulmuşdu. Ancaq son zamanlar bölgədə terror basqınlarının atrması səbəbindən Suriya ilə sərhədə tamamilə beton divar çəkmək planlaşdırılıb.

Məlumatda bildirilib ki, divarın tikintisində istifadə edilən beton blokların birinin hündürlüyü 3 metr, ağırlığı 7 ton, qalınlığı 30 sm, eni 2 metrdir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi