Yuxarı

Baş Qərargah: İŞİD yaraqlılarının Türkiyə ərazisinə raket zərbələri endirməsi təhlükəsi aradan qaldırılıb

Fırat kalkanı əməliyyatı çərçivəsində Suriyada doqquz yaşayış məntəqəsinə nəzarət ələ keçirilib

Bakı. 17 oktyabr. REPORT.AZ/ İŞİD terror qruplaşmasının yaraqlılarının Türkiyə ərazisinə raket zərbələri endirməsi təhlükəsi aradan qaldırılıb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından verilən məlumatına görə, "Fırat kalkanı" əməliyyatı çərçivəsində Suriyada Hələb əyalətindəki Mare şəhərinin şərqində doqquz yaşayış məntəqəsinə nəzarət ələ keçirilib.

Xatırladaq ki, Türkiyə Suriya ilə sərhəddə təhlükəsiz zona yaratmaq məqsədilə avqustun 24-də "Fırat kalkanı" əməliyyatına başlayıb və Suriyaya zirehli texnika və xüsusi təyinatlı dəstə yeridib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi