Türkiyə şirkəti Qırğız Respublikasında təyyarənin qəzaya uğraması nəticəsində zərər çəkənlərə yardım edəcək

Türkiyə şirkəti Qırğız Respublikasında təyyarənin qəzaya uğraması nəticəsində zərər çəkənlərə yardım edəcək Baş nazirin müavini və şirkətin təmsilçisi qəza və ondan sonra yaranan vəziyyəti müzakirə ediblər
Region
1 Fevral , 2017 12:15
Türkiyə şirkəti Qırğız Respublikasında təyyarənin qəzaya uğraması nəticəsində zərər çəkənlərə yardım edəcək

Bakı. 1 fevral. REPORT.AZ/ Qırğız Respublikasında təyyarəsi qəzaya uğrayan Türkiyənin “ACT” Hava Yolları şirkəti hadisədən zərərçəkənlərin ailələrinə yardım edəcək.

“Report” Qırğız Respublikası KİV-inə istinadən xəbər verir ki, məlumatı hökumətin mətbuat xidməti yayıb.

Qırğız Respublikası baş nazirinin müavini Muhammetkalı Abulqaziyev fevralın 1-də şirkətin nümayəndə heyətinin başçısı Celal Karabaşla görüşüb. Onlar qəza və ondan sonra yaranan vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, yanvarın 16-da Türkiyənin "ACT" Hava Yolları şirkətinə məxsus “Boeing747”nin Bişkek yaxınlığındakı Daça SU qəsəbəsində yaşayış binasının üstünə uçması nəticəsində 4-ü ekipaj üzvü, 35 sakin ölmüş, 16 nəfər isə xəsarət almışdı. 

Son xəbərlər

Orphus sistemi