Türkiyə Silahlı Qüvvələrinin qərargahına kiber hücumun qarşısı alınıb

Türkiyə Silahlı Qüvvələrinin qərargahına kiber hücumun qarşısı alınıb Bakı. 26 dekabr. REPORT.AZ/ Türkiyə mütəxəssisləri Silahlı Qüvvələr qərargahlarının birinə kiber hücum cəhdinin qarşısını alıblar.
Region
26 Dekabr , 2018 21:31
Türkiyə Silahlı Qüvvələrinin qərargahına kiber hücumun qarşısı alınıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Türkiyə mütəxəssisləri Silahlı Qüvvələr qərargahlarının birinə kiber hücum cəhdinin qarşısını alıblar.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bunu Türkiyə Elmi və Texnoloji Tədqiqatlar Komitəsi və Türkiyə Elmlər Akademiyasının illik mükafatlarının təqdimetmə mərasimində ölkə prezidenti Rəcəb Tayib Ərdoğan deyib.

"Sərhədlərimizin qorunmasına göstərdiyimiz diqqəti ölkəmizin istehsal etdiyi məlumatlar məsələsində də göstərməliyik. Hazırladığımız “Ahtapot” proqramı bir qüvvə komandanlığı qərargahına kiber hücum cəhdini uğurla əngəllədi və qarşıdakı bir NATO təliminə daxil edilib”, – deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi