Yuxarı
    Bağlamaq

    Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi İranda səfərdədir

    Onu iranlı həmkarı Məhəmmədhüseyn Baqiri qarşılayıb© Getty Images

    Bakı. 2 oktyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hulusi Akar Tehranda səfərdədir.

    “Report” İran KİV-inə istinadən xəbər verir ki, onu iranlı həmkarı Məhəmmədhüseyn Baqiri qarşılayıb.

    Qeyd edək ki, avqustun 15-də M.Baqiri Türkiyədə üçgünlük səfərdə olub. Görüşdə terrorçuluğa qarşı mübarizə, bölgədəki vəziyyət, qarşılıqlı müdafiə istiqamətində əlaqələr və sərhəd bölgələrində əməkdaşlığa dair məsələlər müzakirə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi