Bakı. 16 sentyabr. REPORT.AZ/ Türkiyəyə qanunsuz olaraq keçən üç İran sgəri ölkəsinə təhvil verilib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, ölkənin Yüksəkova rayonunun Esendərə sərhədində xidmət edən təhlükəsizlik qüvvələrinin hərbçiləri gecə onların sərhədi keçdiyini müşahidə edərək tutublar. İki ölkə arasındakı uyğun protokola əsasən əsgərlər Esendərə sərhəd qapısında İran tərəfinə təhvil verilib.
Xatırladaq ki, Yüksəkova rayonu Türkiyənin İran və İraqla sərhədində yerləşir.