Türkiyə Səhiyyə Nazirliyinin 5 581 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb

Türkiyə Səhiyyə Nazirliyinin 5 581 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb Onlardan 1 504 nəfəri həkim, 115 nəfəri isə rəhbər vəzifələrdə çalışan şəxslərdir
Region
27 İyul , 2016 20:59
Türkiyə Səhiyyə Nazirliyinin 5 581 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb

Bakı. 27 iyul. REPORT.AZ/ Türkiyə Səhiyyə Nazirliyinin 5 581 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb. 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, bu barədə nazirliyin yaydığı yazılı açıqlamada qeyd olunub. 

Məlumata görə, onlardan 1 504 nəfəri həkim, 115 nəfəri isə rəhbər vəzifələrdə çalışan şəxslərdir. 

Qeyd edək ki, Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində indiyədək 51 332 nəfər vəzifəsindən kənarlaşdırılıb

Son xəbərlər

Orphus sistemi