Türkiyə sahillərində onlarla qanunsuz miqrant saxlanılıb

Türkiyə sahillərində onlarla qanunsuz miqrant saxlanılıb Türkiyə sahillərində 44 qanunsuz miqrant saxlanılıb.
Region
17 Aprel , 2019 04:38
Türkiyə sahillərində onlarla qanunsuz miqrant saxlanılıb

Türkiyə sahillərində 44 qanunsuz miqrant saxlanılıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Sahil Mühafizəsi Xidmətinin əməkdaşları Aydın vilayətində, Quşadası ərazisində Yunanıstanın Samos adasına qaçmaq istəyən qanunsuz miqrantların olduğu qayığı saxlayıb.

Sahil Mühafizəsi Xidməti tərəfindən aşkarlanan rezin qayıqda aralarında 8 uşağın və 8 qadının da olduğu 32 qanunsuz miqrant aşkarlanıb. Onların 31-nin Əfqanıstan, 1-nin isə İran vətəndaşı olduğu müəyyənləşdirilib.

Sahil Mühafiəzi Briqadası tərəfindən keçirilən ikinci əməliyyatda Özdərə sahilləri yaxınlığındakı katerdə aralarında 2 uşaq və 4 qadının olduğu daha 12 qanunsuz miqrant aşkarlanıb. Konqo Əfqanıstan vətəndaşlarından ibarət qeyri-leqal miqrant dəstəsi sərhədi qanunsuz keçmək istədiklərini etiraf ediblər.

Miqrantlar vilayətin miqrasiya bürosuna aparılıblar.  

Son xəbərlər

Orphus sistemi