Yuxarı

Ərdoğan: “Rusiya ilə “S-400”ə dair imzaladığımız müqavilənin ləğvindən söz gedə bilməz”

Bakı. 16 fevral. REPORT.AZ/ “Rusiya ilə “S-400”ə dair imzaladığımız müqavilənin ləğvindən söz gedə bilməz”.

“Report” “Hürriyet Daily News”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan 2,5 milyard dollar dəyərində olan “S-400” Zenit-Raket Sisteminin alınması ilə bağlı suala cavabında deyib.

Onun sözlərinə görə, ABŞ tərəfindən edilən təzyiqlərə baxmayaraq, bu plan qüvvədə qalır: “Biz Rusiya ilə “S-300”ə dair müqavilə bağlamışıq. Odur ki, bu müqavilənin ləğvindən söz gedə bilməz. Məsələ həll edilib”.

Türkiyə Prezidenti əlavə edib ki, rəsmi Ankara əvvəlcədən planşadırıldığı kimi, bu sistemin 2019-cu ilin iyulunda çatıdırlması üzərində işləyir.

Qeyd edək ki, ABŞ rəsmiləri Türkiyəyə bu istiqamətdə təzyiqləri davam etdirirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi