Yuxarı
    Bağlamaq

    Türkiyə qırıcıları İraqın şimalında terrorçuların 12 mövqeyini məhv edib

    Silahlı Qüvvələr: Tapşırıqları uğurla yerinə yetirən döyüş təyyarələrimiz uçduqları hərbi bazaya dönüb

    Bakı. 6 sentyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçuların 12 mövqeyini darmadağın edib.

    "Report" Haber7-yə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri tərəfindən yazılı açıqlama yayılıb.

    Məlumata əsasən, döyüş təyyarələri İraqın şimalında yerləşən Metina və Hakurk bölgələrində terrorçuların mövqelərinə bombalayıb.

    "Tapşırıqları uğurla yerinə yetirən döyüş təyyarələrimiz uçduqları hərbi bazaya dönüb", - deyə açılamada bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi