Türkiyə prezidentinin ABŞ-a rəsmi səfərinin vaxtı açıqlanıb

Türkiyə prezidentinin ABŞ-a rəsmi səfərinin vaxtı açıqlanıb Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşəcək
Region
19 Aprel , 2017 14:59
Türkiyə prezidentinin ABŞ-a rəsmi səfərinin vaxtı açıqlanıb

Bakı. 19 aprel. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il mayın sonunda ABŞ-a rəsmi səfər edəcək.

“Report” "Haberler"ə istinadən xəbər verir ki, səfər Ramazan ayından və mayın 24-25-də Brüsseldə keçiriləcək NATO-nun zirvə toplantısından əvvəl gerçəkləşəcək.

Məlumata görə, Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Xəbərdə bildirilib ki, səfər zamanı ikitərəfli əlaqələrin inkişafı, bölgədəki, xüsusilə Suriyadakı vəziyyətin müzakirə ediləcəyi ehtimal olunur. 

Son xəbərlər

Orphus sistemi