​Türkiyə prezidentinə qarşı sui-qəsdin təfərrüatları açıqlanıb

​Türkiyə prezidentinə qarşı sui-qəsdin təfərrüatları açıqlanıb Hadisə Türkiyə prezidentinin binanı tərk etdiyindən təxminən 45 dəqiqə sonra baş verib
Region
16 İyul , 2016 06:10
​Türkiyə prezidentinə qarşı sui-qəsdin təfərrüatları açıqlanıb

Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Marmarisdə qaldığı hoteli tərk edəndən sonra binaya hücum olub. “Report” Doğan xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə Türkiyə prezidentinin binanı tərk etdiyindən təxminən 45 dəqiqə sonra baş verib.

Belə ki, 4 hərbi helikopter hotelin üstünə enib, təxminən 40-a yaxın əsgər helikopterlərdən enib. Helikopterlər uzaqlaşdıqdan sonra həmin hərbçi şəxslər hotelin divarlarını güllələyib. Prezidentin qaldığı əraziyə əl qumbaraları atılıb.

Əraziyə cəlb olunan polis qüvvələri ilə qiyamçılar arasında qarşıdurma yaranıb. Nəticədə 1 polis nəfəri yaralanaraq hospitala götürülüb, onun vəziyyətinin ağır olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi