Türkiyə prezidenti yeni hökumətin quruluması üçün Əhməd Davudoğluna tapşırıq verəcək

Türkiyə prezidenti yeni hökumətin quruluması üçün Əhməd Davudoğluna tapşırıq verəcək 45 gün ərzində yeni hökumət formalaşdırılmalıdır
Region
17 Noyabr , 2015 12:04
Türkiyə prezidenti yeni hökumətin quruluması üçün Əhməd Davudoğluna tapşırıq verəcək

Bakı. 17 noyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, müvəqqəti hökumətin başçısı Əhməd Davudoğluna yeni Nazirlər Kabinetini qurmaq üçün mandat verəcək. "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, noyabrın 17-də yerli vaxtla saat 17.00-da R.T.Ərdoğan parlament seçkilərində qalib gələn AKP-nin sədri Əhməd Davudoğlunu qəbul edəcək. Xəbərdə bildirilib ki, 45 gün ərzində yeni hökumət formalaşdırılmalıdır. 

Xatırladaq ki, bu gün Türkiyənin yeni deputatları Böyük Millət Məclisində and içəcəklər.

Qeyd edək ki, noyabrın 1-də Türkiyədə keçirilən parlament seçkilərində AKP səslərin 49,6 faizini (parlamentdə 317 yer) qazandığına görə ölkədə birpartiyalı hökumət qurulacaq. Seçkidə Cümhuriyyət Xalq Partiyası (CHP) 25,22 faiz (134 yer), Milliyyətçi Hərəkat Partiyası (MHP) 11,7 faiz (40 yer), Xalqların Demokratik Partiyası (HDP) 10,86 faiz (müstəqil deputatlarla birlikdə 59 yer) qazanıb.

Son xəbərlər

Orphus sistemi