Türkiyə prezidenti: “Trampla YPG və FETÖ məsələsinin müzakirəsini davam etdirəcəyik”

Türkiyə prezidenti: “Trampla YPG və FETÖ məsələsinin müzakirəsini davam etdirəcəyik” Bakı. 28 noyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampla YPG (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu – “Report”) və FETÖ (Fətullahçı Terror Təşkilatı – “Report”) məsələsinin müzakirəsini yaxın günlərdə davam etdirəcəyik.
Region
28 Noyabr , 2017 13:41
Türkiyə prezidenti: “Trampla YPG və FETÖ məsələsinin müzakirəsini davam etdirəcəyik”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan / REUTERS/ Brendan McDermid

Bakı. 28 noyabr. REPORT.AZ/ "ABŞ Prezidenti Donald Trampla YPG (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu – “Report”) və FETÖ (Fətullahçı Terror Təşkilatı – “Report”) məsələsinin müzakirəsini yaxın günlərdə davam etdirəcəyik".

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında bildirib.

R.T.Ərdoğan əsas müxalifət lideri Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlunun onun barəsində dediklərinə münasibət bildirib: “Onu bu iddiaları sübut etməyə, ya da üzr istəməyə çağırdım. Əgər sübut edərsə, siyasəti buraxacağımı və prezident vəzifəsindən ayrılacağımı söyləmişəm. Əgər sübut edə bilməzsə, siyasətdən getməsini bildirdim”.

Qeyd edək ki, K.Kılıcdaroğlu Türkiyə prezidentinin xaricə milyonlarla dollar ötürdüyü iddiası ilə çıxış edib. 

Son xəbərlər

Orphus sistemi