Türkiyə prezidenti Rusiyada rəsmi səfərdədir

Türkiyə prezidenti Rusiyada rəsmi səfərdədir Rəcəb Tayyib Ərdoğanı 8 nazir və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar da müşayiət edir
Region
10 Mart , 2017 15:13
Türkiyə prezidenti Rusiyada rəsmi səfərdədir
ntv.com.tr

Bakı. 10 mart. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada rəsmi səfərdədir.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putinlə birlikdə Türkiyə-Rusiya Ali Səviyyəli Əməkdaşlıq Şurasına sədrlik edəcək.

Məlumata görə, görüşdə iki ölkə arasında iqtisadi, siyasi əməkdaşlıq və terrorçuluğa qarşı birgə mübarizə məsələləri müzakirə olunacaq. Türkiyənin Rusiya istehsalı olan “S-400” tipli zenit-raket kompleksini almasına aydınlıq gətiriləcək.

Akkuyu Atom Elektrik Stansiyasının tikintisi, “Türk axını” layihəsi başda olmaqla energetika sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılacaq. Görüşdə Suriya və İraqdakı vəziyyət də müzakirə olunacaq.

Xəbərdə bildirilib ki, Rəcəb Tayyib Ərdoğanı səfərdə müdafiə naziri Fikri İşık da daxil olmaqla 8 nazir və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar müşayiət edir. 

Son xəbərlər

Orphus sistemi