​Türkiyə prezidenti Meksikaya səfər edib

​Türkiyə prezidenti Meksikaya səfər edib Rəcəb Tayyib Ərdoğan bu səfərdən sonra ölkəsinə dönəcək
Region
12 Fevral , 2015 13:08
​Türkiyə prezidenti Meksikaya səfər edib

Bakı. 12 fevral. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Latın Amerikası ölkələrinə rəsmi səfər çərçivəsində Meksikaya gedib.

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, səfərdə onu xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekçi, qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehdi Eker, mədəniyyət və turizm naziri Ömər Çelik, habelə prezidentin xanımı Əminə Ərdoğan, qızı Süməyya Ərdoğan müşayiət edib.

Ərdoğanın  bu ölkəyə səfəri iki gün sürəcək. Tükiyə prezidenti meksikalı həmkarı Enrike Penya Nieto ilə təkbətək görüş keçirəcək. Bundan sonra hər iki ölkənin nümayəndə heyəti arasında görüş olacaq.

Rəcəb Tayyib Ərdoğan Meksika səfərindən sonra ölkəsinə dönəcək.

Son xəbərlər

Orphus sistemi