Yuxarı
    Bağlamaq

    ​Türkiyə prezidenti İrana səfərə gedib

    Rəcəb Tayyib Ərdoğanın Seyid Əli Xamneyi ilə də görüşü planlaşdırılıb

    Bakı. 7 aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana rəsmi səfərə gedib.

    "Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.

    Bu səfər İran prezidenti Həsən Ruhaninin dəvəti ilə gerçəkləşdirilib.

    Rəcəb Tayyib Ərdoğanı səfərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybək, gömrük və ticarət naziri Nurəddin Canikli, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, mədəniyyət və turizm naziri Ömər Çelik, inkişaf naziri Cövdət Yılmaz müşayiət edirlər.

    Türkiyə prezidentinin Türkiyə - İran Ali Əməkdaşlıq Şurasının ikinci toplantısında iştirakı, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi və ölkə prezidenti Həsən Ruhani ilə görüşləri planlaşdırılıb.

    Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan 4 il öncə - baş nazir olarkən İrana səfər etmişdi. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi