Yuxarı

​Türkiyə prezidenti: "İki ölkə arasındakı ticarət dövriyyəsini 100 mlrd. dollara çatdırmaq istəyirik"

Rəcəb Tayyib Ərdoğan: Son on ildə ikitərəfli münasibət çox yaxşı səviyyəyə çatıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsi 2023-cü ildə 100 milyard dollara çata bilər.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdə bildirib.

"Son on ildə ikitərəfli münasibət çox yaxşı səviyyəyə çatıb. Ölkələrimiz arasındakı ticarət dövriyyəsinə beynəlxalq müstəvidə mənfi təsir göstərən məqamlar olsa da, bu sahədə əməkdaşlığımız müsbət dəyərləndirilə bilər. Bizim hədəfimiz ticarət dövriyyəsinin həcmini 100 mlrd. dollara çatdırmaqdır", - Ərdoğan bildirib.

Onun sözlərinə görə, cari ilin ilk 6 ayında Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsi 11 milyard dollar olub: "Ötən il isə bu rəqəm 31 milyard dollar təşkil edib".

Xatırladaq ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskva Cümə məscidinin açılış mərasimində iştirak edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi