Yuxarı

​Türkiyə prezidenti: "Ey erməni diasporu, ey Ermənistan rəhbərliyi, hanı sənin sənədin?"

Əlimizdə milyondan çox sənədimiz var

Bakı. 19 mart. REPORT.AZ/ "Ey erməni diasporu, ey Ermənistan rəhbərliyi, buyurun, gəlin, bizim arxivlərimizə".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Dünya müharibəsinin 100-cü ilinin sənədləri" sərgisində bəyan edib.

"Erməni diasporu dünyanın hər yerində "soyqırımı" iddialarına söykənərək Türkiyəyə qarşı düşmənliyini geniş şəkildə yaymağa çalışır", - o deyib.

Türkiyə prezidenti bildirib ki, I Dünya müharibəsi illərində Balkanlarda, Qafqazda müsəlmanlar ən böyük soyqırımı yaşayıb: "Anadoluda ermənilərin gördüyü zərər qədər yüz minlərlə müsəlman ermənilərdən ziyan görüb. Bunların hamısı haqda sənədlər var. Bütün sənədlər buradadır. Bizim əlimizdə milyondan çox sənədimiz var. Sənin nə qədər sənədin var? Göstər sənədlərini".

O, tarixçiləri, arxiv işçilərini, siyasi araşdırmaçıları, arxeoloqları, hüquqşünasları 1915-ci il hadisələrini araşdırmaq üçün arxivlərə göndərməyə çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi