Türkiyə Prezident Administrasiyası Mühafizə Alayının 283 hərbçisi saxlanılıb

Türkiyə Prezident Administrasiyası Mühafizə Alayının 283 hərbçisi saxlanılıb Onların arasında Türkiyə dövlət televiziyasında aparıcıya bildirişi oxutduran hərbçilər də var
Region
22 İyul , 2016 20:44
Türkiyə Prezident Administrasiyası Mühafizə Alayının 283 hərbçisi saxlanılıb

Bakı. 22 iyul. REPORT.AZ/ Türkiyə Prezident Administrasiyasının Mühafizə Alayında əməliyyat keçirilib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 300 hərbçidən 283-ü saxlanılıb. Onların arasında Türkiyə dövlət televiziyasında (TRT 1) aparıcıya bildirişi oxutduran hərbçilər də var. Əməliyyatın Ankara Prokurorluğunun təlimatı ilə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində həyata keçirildiyi bildirilir. Saxlanılan şəxslər Ankara Şəhər Polis İdarəsində sorğu-sual edildikdən sonra məhkəməyə çıxarılacaq.   

Qeyd edək ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhd olub. Nəticədə 246 nəfər həlak olub, 2 185 nəfər yaralanıb. Dövlət çevrilişi cəhdinə görə 10 607 nəfər saxlanılıb, 4 496 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. 

Son xəbərlər

Orphus sistemi