Türkiyə polisi İstanbul boğazından keçən Rusiyanın hərbi gəmisini müşayiət edir

Türkiyə polisi İstanbul boğazından keçən Rusiyanın hərbi gəmisini müşayiət edir Terrorçuların gəmiləri vura biləcəyi ehtimal edilən 146 nöqtə təsbit olunub
Region
16 May , 2017 09:50
Türkiyə polisi İstanbul boğazından keçən Rusiyanın hərbi gəmisini müşayiət edir

Bakı. 16 may. REPORT.AZ/ İstanbul boğazından keçən Rusiya hərbi gəmisinin terrorçu İŞİD qruplaşması tərəfindən vurulacağı ehtimalı ilə bağlı həmin bölgədə Türkiyə polisi təhlüksizlik tədbrilərini gücləndirib.

“Report” Haber7-yə istinadən xəbər verir ki, Türkiyə polisinə terrorçu qruplaşmanın Rusiya hərbi gəmisini İstanbul boğazından keçərkən, iriçaplı silahlarla vurmağı planlaşdırdığı haqda məlumat daxil olub.

Məlumatda bildirilib ki, terrorçuların gəmiləri vura biləcəyi ehtimal olunan 146 nöqtə təsbit edilib. Ərazidə polis 24 saat növbə çəkir. İstanbul boğazından keçən gəmiləri iki helikopter və iki hücum kateri müşayiət edir. 

Son xəbərlər

Orphus sistemi