Yuxarı

Türkiyə PKK-ya qarşı hava əməliyyatları həyata keçirib

Terrorçuların 98 obyektinə zərbələr endirilib

Bakı. 14 may. REPORT.AZ/ Türkiyə Hərbi Hava Qüvvələri ölkənin cənub-şərqindəki Hakkari vilayətində və İraqın şimalında PKK-ya qarşı hava əməliyyatları həyata keçirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyatlarda "F-16" qırıcıları və "F-4" qırıcı-bombardmançıları iştirak edib. Əməliyyat zamanı PKK-ya məxsus 98 obyektə zərbələr endirilib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamada ölkə daxilində Dağlıca, Çukurca ve Hakkaridə, eyni zamanda İraqın şimalında Zap, Hakurk, Metina, Haftanin, Avaşin, Basyan və Kandil bölgələrinə hava hücumları təşkil edildiyi qeyd olunub. Həmçinin, terrorçuların əvvəlcədən müəyyənləşdirilmiş sığınacaqlarının və zenit atəş nöqtələrinin məhv edildiyi bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi