Türkiyə parlamentinin sədr müavini sərbəst buraxılıb - YENİLƏNİB

Türkiyə parlamentinin sədr müavini sərbəst buraxılıb - YENİLƏNİB Pərvin Buldan terrorçuluğu dəstəkləməkdə və onu təbliğ etməkdə şübhəli bilinir
Region
23 Dekabr , 2016 12:01
Türkiyə parlamentinin sədr müavini sərbəst buraxılıb - YENİLƏNİB

Bakı. 23 dekabr. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Pərvin Buldan İstanbulun Bakırköy Məhkəməsində ifadə verdikdən sonra sərbəst buraxılıb. 

“Report” xəbər verir ki, bu haqda "Habertürk" məlumat yayıb.

*** 10:48

Türkiyə Böyük Millət Məclisi sədrinin müavini, terrorçu PKK-nın siyasi qolu sayılan Xalqların Demokratik Partiyasının üzvü olan deputat Pərvin Buldan tutulub. 

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, o, polis əməkdaşlarının keçirdiyi anti-terror əməliyyat nəticəsində saxlanılıb. 

Məlumata görə, P.Buldan terrorçuluğu dəstəkləməkdə və onu təbliğ etməkdə şübhəli bilinir. 

Son xəbərlər

Orphus sistemi