Yuxarı
    Bağlamaq

    Türkiyə parlamentinin binasına raket əleyhinə müdafiə sistemi yerləşdirilir - FOTO

    Binanın damına sistemin qurulması istiqamətində hazırlıq görülür

    Bakı. 27 iyul. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisinin (TBMM) binasına raket əleyhinə müdafiə sistemi yerləşdirilir.

    "Report" "Habertürk"ə istinadən xəbər verir ki, ölkədə 15 iyul dövlət çevrilişi cəhdi zamanı üç dəfə raket atəşinə məruz qalaraq bir hissəsi dağılan binanın damına sistemin qurulması istiqamətində hazırlıq görülür. 

    Qeyd edək ki, Prezident Administrasiyası, Nazirlər Kabineti və TBMM-in təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görüləcəyi açıqlanmışdı. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi