Türkiyə parlamentində təmsil olunan əsas müxalifət partiyalarının liderləri görüşüb

Türkiyə parlamentində təmsil olunan əsas müxalifət partiyalarının liderləri görüşüb Görüş ölkə konstitusiyasına dəyişikliklə bağlı ikinci səsvermədən əvvəl keçirilib
Region
18 Yanvar , 2017 14:10
Türkiyə parlamentində təmsil olunan əsas müxalifət partiyalarının liderləri görüşüb

Bakı. 18 yanvar. REPORT.AZ/ Türkiyədə müxalifətdə olan iki partiyanın - Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu parlamentin binasında Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb.

“Report” "Cümhurriyet"ə istinadən xəbər verir ki, görüş ölkə konstitusiyasına dəyişikliklə bağlı ikinci səsvermədən əvvəl keçirilib.

Məlumata görə, partiya liderləri görüşdən sonra mətbuata açıqlama veriblər.

CHP sədri Kamal Kılıcdaroğlu deyib: “MHP Türkiyədəki demokratiya tarixinin çox əhəmiyyətli bir partiyasıdır. Görüşdə konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı narahatlığımı bölüşdüm”.

MHP sədri isə görüş haqqında bir cümlə deyib: “Hörmətli Kılıcdaroğlu lazım olanı bildirdi”.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisində ikinci səsvermə bu gün keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi