Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqi barədə qərar qəbul edib

Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqi barədə qərar qəbul edib Sənəd Bakı vaxtı ilə gecə saat 02:00-da qüvvəyə minəcək
Region
21 İyul , 2016 19:10
Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqi barədə qərar qəbul edib

Bakı. 21 iyul. REPORT.AZ/ "Türkiyədə 3 ay müddətində fövqəladə vəziyyət elan olunması haqqında" qanun layihəsi ölkə parlamentində səsverməyə çıxarılıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, səsverməyə qatılan 461 millət vəkilindən sənədin lehinə 346, əleyhinə isə 115 nəfər səs verib və qanun layihəsi qəbul olunub. 

Sənəd Bakı vaxtı ilə gecə saat 02:00-da qüvvəyə minəcək. 

Qanun layihəsi Türkiyə hökuməti tərəfindən Böyük Millət Məclisinə göndərilib. 

Son xəbərlər

Orphus sistemi