Yuxarı

Türkiyə parlamenti fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılması haqqında qərar qəbul edib

Bu il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd olub

Bakı. 11 oktyabr. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkədə fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılması haqqında qərar qəbul edib. 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, Türkiyə parlamentinin oktyabrın 11-də keçirilmiş plenar iclasında Nazirlər Kabinetinin ölkə ərazisində fövqəladə vəziyyət rejiminin oktyabrın 19-da yerli vaxtla saat 01:00-da 90 gün müddətinə uzadılması ilə bağlı təqdim etdiyi qanun layihəsi təsdiqlənib. 

Qeyd edək ki, bu il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd olub. Nəticədə 250 nəfər şəhid olub, 2000-dən çox insan yaralanıb. Bundan sonra ölkədə üç ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi