Türkiyə ordusu Suriyada İŞİD-in 24 terrorçusunu məhv edib

Türkiyə ordusu Suriyada İŞİD-in 24 terrorçusunu məhv edib Döyüş təyyarələrinin havadan endirdiyi zərbələr nəticəsində terrorçuların 143 istehkamı və 37 tikilisi dağıdılıb
Region
23 Dekabr , 2016 10:21
Türkiyə ordusu Suriyada İŞİD-in 24 terrorçusunu məhv edib

Bakı. 23 dekabr. REPORT.AZ/ Türkiyə hərbçilərinin Suriyada keçirdiyi “Fırat Kalkanı” (“Fərat qalxanı”) anti-terror əməliyyatının 121-ci günündə Əl-Bab şəhərində terrorçu İŞİD qruplaşmasının 24 silahlısı zərərsizləşdirilib.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

İnformasiyaya görə, Türkiyə döyüş təyyarələrinin havadan endirdiyi zərbələr nəticəsində İŞİD-in 143 istehkamı və 37 tikilisi dağıdılıb. 

Son xəbərlər

Orphus sistemi