Yuxarı

Ərdoğanın gedəcəyi şəhərdə Türkiyə nümayəndə heyətinə bombalı basqın olub

İlkin məlumata görə, xəsarət alan olmayıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişuda Türkiyənin rəsmi nümayəndə heyətinə bombalı basqın olub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Somaliyə səfəri zamanı bu şəhərə gedəcək.

Nümayəndə heyəti də şəhərə məhz səfər hazırlıqları məqsədilə gedibmiş.

İlkin məlumata görə, xəsarət alan olmayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi