Yuxarı

Türkiyə ​mətbuatı: "ABŞ terrorçu PKK-ya "Stinger" silahı verib"

Suriya Demokratik Qüvvələri PYDnin ən azı 20 min, ərəblərin isə 5 min silahlısından formalaşıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ ABŞ-ın Suriydada "PYD"yə ("Demokratik Birlik Partiyası" - terrorçu PKK-nın Suriyadakı qolu) verdiyi silahların terrorçu PKK-ya getdiyi dəqiqləşib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu silahlar arasında "Stinger" Zenit-Raket Kompleksi də var.

Məlumatda bildirilib ki, həmin kompleksdən Rusiya və ABŞ qırıcılarına qarşı deyil, Türkiyənin döyüş təyyarələrinə qarşı istifadə ediləcəyi istisna olunmur: 

Türkiyə mətbuatı yazır ki, "Suriya Demokratik Qüvvələri" adı verilən silahlı qruplaşmanın əsasını "PYD" təşkil edir: "Bu qruplaşma "Demokratik Birlik Partiyası"nın ən azı 20 min, ərəblərin isə 5 min silahlısından formalaşıb.

Suriyanın şimalında, "PYD"nin nəzarəti altında olan ərazidə isə terrorçu PKK-nın 2 min 400 silahlısının olduğu haqda məlumat yayılıb".

Mətbuat xatırladır ki, bu günlərdə ABŞ Müdafiə Nazirliyinin təmsilçisi İŞİD-in əlində təyyarə olmadığını bildirmişdi: "Bu səbəbdən də onlara zenit-raket qurğuları verməyimizə ehtiyac yoxdur. Bundan başqa, çiyindən atılan zenit raketlərinin terrorçuların əlinə keçməsinin yaradacağı təhdidin də fərqindəyik. Ona görə bu silah-sursatın terrorçuların əlinə keçməsini istəmərik".

Xatırladaq ki, bu günlərdə ABŞ "PYD"yə 50 ton və ya 27 konteyner silah-sursat verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi