Yuxarı

​Türkiyə mədən faciəsi ilə əlaqədar Rusiyaya başsağlığı verib

Ankarada bəd xəbərlərin təəssüf hissi ilə izlənildiyi bildirilib

Bakı. 29 fevral. REPORT.AZ/ Türkiyə Rusiyanın Vorkuta şəhərində mədənçilərin ölümü ilə əlaqədar başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda bildirilir.

Qeyd olunur ki, Ankarada Komidən daxil olan məlumatlar təəssüf hissəsi ilə izlənilir. Türkiyə hakimiyyəti, həmçinin təsəlliverici sözlərlə ölənlərin yaxınlarına müraciət edib.

Vorkutdakı "Severnaya" mədənində baş verən üç partlayış nəticəsində 36 nəfər ölüb. Fevralın 28-dən Komi Respublikasında üç günlük matəm elan olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi