​Türkiyə Kommunist Partiyası seçkilərə buraxılıb

​Türkiyə Kommunist Partiyası seçkilərə buraxılıb Ölkənin Mərkəzi Seçki Komissiyası bununla bağlı qərar qəbul edib
Region
21 Fevral , 2015 10:26
​Türkiyə Kommunist Partiyası seçkilərə buraxılıb

Bakı. 21 fevral. REPORT.AZ/ Bu il iyunun 7-də Türkiyədə keçirilməsi planlaşdırılan parlament seçkilərində Kommunist Partiyası (TKP) da iştirak edə biləcək.

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, Türkiyə Mərkəzi Seçki Komissiyası bununla bağlı qərar qəbul edib.

Buna səbəb TKP-nin parlament seçkilərindən 6 ay əvvəl ölkə rayonlarının ən azı yarısında yerli təşkilatlarını yaratması və ötən il dekabrın 6-da qurultayını keçirməsi olub.

Bununla da Türkiyədə parlament seçkilərinə qatılacaq partiyaların sayı 31-ə çatıb.  

Son xəbərlər

Orphus sistemi