Türkiyə iqtisadiyyatına 1,5 milyon dollar sərmayə qoyan əcnəbi vətəndaşlıq ala bilər

Türkiyə iqtisadiyyatına 1,5 milyon dollar sərmayə qoyan əcnəbi vətəndaşlıq ala bilər Ölkənin Sərmayə Bazarı Şurası belə investisiya əməliyyatlarını təsbit edir
Region
5 May , 2017 19:46
Türkiyə iqtisadiyyatına 1,5 milyon dollar sərmayə qoyan əcnəbi vətəndaşlıq ala bilər

Bakı. 5 may. REPORT.AZ/ Türkiyə iqtisadiyyatına 1,5 milyon dollar sərmayə qoyan əcnəbi bu dövlətin vətəndaşlığını ala bilər.

“Report” xəbər verir ki, bu barədə “Resmi Gazete” məlumat yayıb.

Qaydalara əsasən, Türkiyə iqtisadiyyatına göstərilən məbləğdə sərmayə qoyan və ya daşınmaz əmlak alan əcnəbi 3 il ərzində bu ölkənin vətəndaşı ola bilər.

Bildirilib ki, Türkiyənin Sərmayə Bazarı üzrə Şurası belə investisiya əməliyyatlarını təsbit edir, bundan sonra hökumət həmin sərmayədara vətəndaşlığın verilməsi məsəsləsi haqqında qərar qəbul edir. 

Son xəbərlər

Orphus sistemi