Türkiyə ilə Rusiya prezidentləri arasında telefon danışığı olub

Türkiyə ilə Rusiya prezidentləri arasında telefon danışığı olub Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı olub.
Region
23 Avqust , 2019 17:17
Türkiyə ilə Rusiya prezidentləri arasında telefon danışığı olub

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı olub.

“Report” DHA-ya istinadən xəbər verir ki, söhbət zamanı Suriya və Liviyadakı hadisələr, habelə ikitərəfli məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. 

Türkiyə prezidenti İdlibdə hökumət qüvvələrinin atəşkəsi pozması nəticəsində böyük humanitar böhrana səbəb olması ilə yanaşı, sülh danışıqlarına da mənfi təsir göstərdiyini, üstəlik, Türkiyə üçün də təhlükə yaratdığını qarşı tərəfin diqqətinə çatdırıb.

“RİA Novosti” xəbər verir ki, tərəflər İdlibdən terror təhlükəsinə qarşı müştərək addmlar atmaq və 17 sentyabr 2018-ci il tarixli Soçi memorandumunu yerinə yetirməklə bağlı razılığa gəliblər.

Qeyd edək ki, Suriyanın şimal-qərbindəki İdlib şəhəri ölkədəki daxili müharibə başladıqdan silahlı müxalifətin əsas mərkəzlərindən biri olub. Son günlər hökumət şəhəri nəzarətə götürmək üçün hərbi əməliyyatlar keçirir.

Son xəbərlər

Orphus sistemi