​Türkiyə-İsrail ticarət dövriyyəsi iki dəfə artıb

​Türkiyə-İsrail ticarət dövriyyəsi iki dəfə artıb 2014-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 5 milyard 832 milyon 180 min dollar olub
Region
26 May , 2015 12:14
​Türkiyə-İsrail ticarət dövriyyəsi iki dəfə artıb

Bakı. 26 may. REPORT.AZ/ Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsinin həcmi rekord həddə çatıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xəbərə görə, 2009-cu ildə iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 2 milyard 597 milyon 163 min dollar olduğu halda, 2014-cü ildə isə bu rəqəm 5 milyard 832 milyon 180 min dolları keçib. Bu göstərici ilə İsrail -Türkiyə ticarət əlaqəsi türkdilli respublikaları və müsəlman dövlətlərini geridə qoyub.

2014-cü ildə Azərbaycanla Türkiyə arasında ticarət əlaqəsi 3 milyard 166 milyon 233 min dollar, Qazaxıstanla 2 milyard 138 milyon 828 min, Türkmənistanla 2 milyard 854 milyon 941 min, Özbəkistanla 1 milyard 383 milyon 752 min, Qırğızıstanla 487 milyon 331 min dollar təşkil edib.

Başqa müsəlman dövlətlərlə ötən il ticarət dövriyyəsi belə olub: İndoneziya ilə 2 milyard 271 milyon 055 min, Malayziya 1 milyard 476 milyon 17 min, Pakistan 302 milyon 873 min və s.

Məlumatda bildirilib ki, hakim Ədalət və İnkişaf Partiyası 2002-ci ildə hakmiyyətə gələndə İsraillə Türkiyə arasında ticarət əlaqəsi 1 milyard 405 milyon 901 min dollar olub.

Qeyd edək ki, bu günlərdə Türkiyənin Bursa vilayətindəki İsrailin baş konsulu Şia Koen Bursa Ticarət və Sənaye Palatasındakı görüşündə 2014-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 6 milyard dollar olduğunu bildirmişdi. 

Son xəbərlər

Orphus sistemi