Yuxarı

​Türkiyə-İran sərhədində 15 km-lik "TIR" karvanı yaranıb

Lütfabad Gömrük Keçid məntəqəsində TIRların yanacaq çəni möhürlənir

Bakı.11 fevral. REPORT.AZ/ Ağrı vilayətinin (Türkiyə) Doğu Bəyazid rayonundakı Gurbulaq sərhəd-keçid məntəqəsində "TIR"ların 15 km uzunluğunda növbəsi  yaranıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, buna səbəb kimi ölkə ərazisindən tranzit yolla keçən "TIR"lara İran tərəfinin yanacaq verməməsi göstərilib. Məlumata əsasən, həmin marşrut üzrə hərərkət edən türkiyəli sürücülər 3 gündür İslam Respulikasının bu qərarına etiraz edirlər.

"Əvvəllər İran tranziti üçün hər maşından 1 400 dollar pul alırdı. Bu qayda ləğv edilib. İndi isə ölkədən tranzit həyata keçirən "TIR"lara yanacaq verməyəcəyini bildirib", - sürücülər deyib.

Məlumatda bildirilib ki, həmin "TIR"lar İrandan keçərək, Azərbaycan, Özbəkistan, Pakistan, Türkmənistana yük daşıyırlar. Sürücülərin İran ərazisindən yanacaq ala bilməməsi üçün ölkənin Lütfabad Gömrük Keçid məntəqəsində "TIR"ların yanacaq çəni möhürlənir. Möhürləməyə 30 dəqiqə vaxt sərf edilir. Bu isə hər iki tərəfdə uzun "TIR" karvanının yaranmasına səbəb olur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi