​Türkiyə hərbçiləri sərhəddə döşənən minaları təmizləmək üçün Suriyaya daxil olub

​Türkiyə hərbçiləri sərhəddə döşənən minaları təmizləmək üçün Suriyaya daxil olub Suriyanın Cerablus rayonu Türkiyə ilə sərhəddə yerləşir
Region
19 Yanvar , 2016 14:46
​Türkiyə hərbçiləri sərhəddə döşənən minaları təmizləmək üçün Suriyaya daxil olub

Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinə məxsus texnika Suriya ilə sərhəddə yerləşən Karkamış sərhəd-buraxılış məntəqəsi ətrafına döşənən minaları təmizləmək üçün qonşu dövlətin ərazisinə keçib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinə məxsus mina axtaran texnika yanvarın 19-da Türkiyənin Gaziantep əyalətinin Karkamış rayonuna, sərhəd xəttinə göndərilib. Bu texnika İŞİD-in nəzarəti altında olan Hələbin Cerablus rayonundakı sərhəddə döşənən minaları təmizləyəcək.

Qeyd edək ki, Suriyanın Cerablus rayonu Türkiyə ilə sərhəddə yerləşir. 

Son xəbərlər

Orphus sistemi