Türkiyə hərbçiləri İŞİD-in 17 silahlısını zərərsizləşdirib

Türkiyə hərbçiləri İŞİD-in 17 silahlısını zərərsizləşdirib Havadan endirilən zərbələr nəticəsində terrorçuların 145 istehkamı və sığınacaq yeri dağıdılıb
Region
18 Yanvar , 2017 14:00
Türkiyə hərbçiləri İŞİD-in 17 silahlısını zərərsizləşdirib

Bakı. 18 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Suriyada “Fırat kalkanı” (“Fərat qalxanı”) antiterror əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının 17 silahlısını məhv edib.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Xəbərdə bildirilib ki, havadan endirilən zərbələr nəticəsində terrorçuların 145 istehkamı və sığınacaq yeri dağıdılıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb

Son xəbərlər

Orphus sistemi