​Türkiyə qırıcıları hansı ölkəyə məxsus olduğu bilinməyən təyyarəni vurub- ƏLAVƏ OLUNUB

​Türkiyə qırıcıları hansı ölkəyə məxsus olduğu bilinməyən təyyarəni vurub- ƏLAVƏ OLUNUB Baş Qərargah: "Üç dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, o hərəkətini davam etdirib"
Region
16 Oktyabr , 2015 15:53
​Türkiyə qırıcıları hansı ölkəyə məxsus olduğu bilinməyən təyyarəni vurub- ƏLAVƏ OLUNUB

Bakı. 16 oktyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddə bir təyyərə vurub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

"Bu gün Suriya sərhədində ölkəmizin hava məkanında naməlum bir təyyarə təsbit edilib. Üç dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, təyyarə hərəkətini davam etdirib. Sərhədimizdə xidməti vəzifəsini icra edən qırıcılarımız qanunlar çərçivəsində ona atəş açaraq yerə düşürüblər", - Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı bildirib.

Vurulan təyyarənin qalıqları Türkiyənin Kilis bölgəsinə düşüb.

Türkiyə qırıcıları ölkənin hava məkanında naməlum təyyarə deyil, pilotsuz uçan aparatı (PUA) vurub.
Məlumata görə, PUA Türkiyənin Kilis bölgəsinin Deliosman kəndinə düşüb.

Xəbərdə bildirilib ki, bu hava qurğusu terrorçu PKK-nın Suriyadakı qolu "PYD"nin ("Demokratik Birlik Partiyası") nəzarəti altında olan ərazidən Türkiyə sərhədinə keçib.

Son xəbərlər

Orphus sistemi