Türkiyə Gürcüstanın NATO-ya sadələşdirilmiş sxem üzrə qəbul edilməsini təklif edəcək

Türkiyə Gürcüstanın NATO-ya sadələşdirilmiş sxem üzrə qəbul edilməsini təklif edəcək Çavuşoğlu: "Biz Gürcüstanın NATO üzvü olmağa layiq olduğunu düşünürük"
Region
20 Aprel , 2016 11:05
Türkiyə Gürcüstanın NATO-ya sadələşdirilmiş sxem üzrə qəbul edilməsini təklif edəcək

Bakı. 20 aprel. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO ölkələrinin XİN başçılarının may ayında keçiriləcək iclasında Gürcüstanın zəruri Fəaliyyət Proqramı olmadan ittifaqa qoşulması məsələsini qaldıracaq.

"Report" "Rosbalt"a istinadən xəbər verir ki, bu barədə M.Çavuşoğlunun özü Strasburqda gürcüstanlı jurnalistlərə məlumat verib.

"Hesab edirəm ki, Gürcüstan NATO-ya üzvlük üçün Fəaliyyət Proqramı olmadan da alyansa daxil ola bilər. Texniki cəhətdən bu, olduqca mümkün görünür. Biz Gürcüstanın NATO-ya daxil olmasını tam dəstəkləyirik və mən bu məsələni may ayında keçiriləcək nazirlər görüşündə qaldıracam", - deyə Türkiyə XİN başçısı bildirib.

"Biz Gürcüstanın NATO üzvü olmağa layiq olduğunu düşünürük. Çünki Gürcüstan bütün zəruri tələblərə cavab verir", - deyə o əlavə edib.

Eyni zamanda M.Çavuşoğlu Türkiyənin bu mövzuda, təbii ki, heç bir zəmanət verə bilməyəcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi