Yuxarı

Kamil Aydın: "Ankara Gülənin dövlət çevrilişinə cəhddə əlaqəli olduğunu təsdiq edən 85 qutu sənədi ABŞ-a göndərib"

Bizə dedilər ki, sənədləri alıblar, onu araşdırırlar

Bakı. 5 avqust. REPORT.AZ/ Türkiyə Fətullah Gülənin dövlət çevrilişinə cəhddə əlaqəli olduğunu təsdiq edən 85 qutu sənədi ABŞ-a göndərib.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə hazırda ABŞ-da olan Türkiyə Böyük Millət Məclsininin deputatı Kamil Aydın deyib.

Kamil Aydın ABŞ-a Türkiyə parlamentinin nümayəndə heyətinin tərkibində gəlib. Parlamentin deputatı Gülənin Türkiyəyə verilməsinə nail olmaq məqsədilə ABŞ-ın müxtəlif qurumlarının nümayəndələri ilə, o cümlədən Ədliyyə Nazirliyinin rəsmiləri görüşlər keçirib.

"Bizə dedilər ki, 85 böyük qutudan ibarət sənədləri alıblar. Onlar onu araşdırırlar", - deyə deputat Türkiyənin BMT yanında daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Gülənin ekstradisiyası ilə bağlı Türkiyə və Amerika tərəfləri arasında danışıqlar davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi