Türkiyə Ermənistan AES-in bağlanmasını yenə tələb edib

Türkiyə Ermənistan AES-in bağlanmasını yenə tələb edib Berat Albayrak: "Dünya və bölgənin ikinci Çernobıl faciəsini yaşamasına yol vermək olmaz"
Region
27 Sentyabr , 2016 14:10
Türkiyə Ermənistan AES-in bağlanmasını yenə tələb edib

Bakı. 27 sentyabr. REPORT.AZ/ "Dünya və bölgənin ikinci Çernobıl faciəsini yaşamasına yol vermək olmaz".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak Vyanada Atom Enerjisi üzrə Beyənəlxalq Agentliyin (AEBA) Baş Konfransındakı çıxışı zamanı bildirib.

"Ermənistanın Metsamor Atom Elektrik Stansiyası (AES) bağlanmalıdır. O, seysmik bölgədə yerləşdiyindən region, xüsusilə Türkiyə üçün təhlükə mənbəyidir", - deyə o vurğulayıb.

Qeyd edək ki, Ermənistan AES 47 il əvvəl tikilib. Stansiya Türkiyə sərhədindən 16 km aralıda yerləşir. Bu ilin əvvəlində Rusiyanın ayırdığı 270 milyon dollar məbləğində kreditin və 30 milyon dollarlıq qrantın hesabına 2017-ci ilin yazında AES-in əsaslı təmir üçün 3-4 ay müddətinə dayandırılacağı haqda məlumat yayılmışdı.

Xatırladaq ki, Azərbaycan və Türkiyə rəsmiləri, ictimai təşkilatları Ermənistan AES-in bölgəni radioaktiv tullantılarla çirkləndirdiyini dəfələrlə bildirib və stansiyanın bağlanmasını beynəlxalq təşkilatlardan tələb ediblər.

Son xəbərlər

Orphus sistemi