Bakı. 28 yanvar. REPORT.AZ/ Türkiyə əhalisinin sayı 77 milyon 695 min 904 nəfərə çatıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, ölkə Statistika Mərkəzinin məlumatına görə, kişilərin sayı 38 984 302 nəfər (50,2%), qadınların sayı isə 38 711 602 nəfərdir (49,8%).
Qeyd edək ki, 2013-cü ildə ölkə əhalisinin sayı 76 milyon 667 min nəfər olub.