Türkiyə DİN: "İstanbulda terror aktını İŞİD törədib" - FOTO

Türkiyə DİN: "İstanbulda terror aktını İŞİD törədib" - FOTO Hadisə ilə bağlı beş nəfərin həbs olunduğu bildirilir
Region
20 Mart , 2016 16:09
Türkiyə DİN: İstanbulda terror aktını İŞİD törədib - FOTO

Bakı. 20 mart. REPORT.AZ/ Türkiyənin Daxili işlər naziri Efkan Ala bildirib ki, dünən səhər İstanbulda törədilən partlayışın təşkilatçısı - terrorçu İŞİD qruplaşmasıdır.

Bu barədə "Report" Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verib.

Nazirin sözlərinə görə, araşdırma nəticəsində məlum olub ki, terrorçu-kamikadze - 1992 təvəllüdlü Qazıantep şəhərinin sakini Mehmet Öztürktür.

"Əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, Mehmet Öztürk bilavasitə İŞİD qruplaşması tərəfindən yönləndirilib", - deyə Efkan Ala qeyd edib.

Hadisə ilə bağlı beş nəfərin həbs olunduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi