Yuxarı
    Bağlamaq

    ​Türkiyə Baş Qərargahı Rusiyanın hərbi attaşesinə "Su-24" insidenti ilə bağlı məlumat təqdim edib

    Türkiyə hərbçiləri bu məsələ ilə bağlı bütün sahələrdə əməkdaşlığa hazır olduqlarını bildiriblər

    Bakı. 26 noyabr. REPORT.AZ/ Türkiyə Baş Qərargahı Rusiyanın hərbi attaşesinə "Su-24" insidenti ilə bağlı məlumat təqdim edib.

    "Report" "CNN Turk"ə istinadən xəbər verir ki, qərargahın bəyanatına əsasən, Rusiya attaşesi radar məlumatlarından istifadə etməklə baş verən hadisənin detalları barədə məlumatlandırılıb, daha sonra tərəflər fikir mübadiləsi aparıblar.

    Bundan əvvəl Türkiyə Rusiya attaşesi ilə "Su-24" hərbi təyyarəsinin vurulması ilə bağlı məsləhətləşmələrin aparıldığını bəyan edib.

    Türkiyə hərbçiləri bu məsələ üzrə bütün sahələrdə əməkdaşlığa hazır olduqlarını bildiriblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi