Türkiyə baş nazirinin müavini: "Azərbaycan və Türkmənistanla yeni neft-qaz müqaviləsi imzalana bilər"

Türkiyə baş nazirinin müavini: "Azərbaycan və Türkmənistanla yeni neft-qaz müqaviləsi imzalana bilər" Numan Kurtulmuş: "İnşallah təzək yandırmağa gərək olmaz"
Region
3 Dekabr , 2015 10:53
Türkiyə baş nazirinin müavini: Azərbaycan və Türkmənistanla yeni neft-qaz müqaviləsi imzalana bilər

Bakı. 3 dekabr. REPORT.AZ/ "Prezident Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə ilə Qətər arasında maye qaz idxalı ilə bağlı yeni bir anlaşma imzalanıb. Azərbaycan və Türkmənistanla da təbii qaz və neftə dair bir sıra müqavilələr imzalana bilər".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş telekanlların birində Ərzurumdan olan vətəndaşın "biz təzək yandırarıq, ruslar nə yeyəcək" fikrinə münasibət bildirərkən, söyləyib.

Baş nazirin müavini qeyd edib ki, vətəndaşın dedikləri nə qədər xoş olsa da, Türkiyənin neft və təbii qazla bağlı ixracatdan asılılığı da bir gerçəklikdir.

"Təzək yandıracağıqmı" sualına isə hökumət rəsmisi belə cavab verib: "Onu yandırmaq millətimizin müqavimət göstəricisidir. İnşallah təzək yandırmağa gərək olmaz. Bir məsələni də düşünün: Avropaya təbii qazı nəql etmək istəyənlər, bunu Türkiyə ərazisindən ötürməyə məcburdur". 

Son xəbərlər

Orphus sistemi