Yuxarı

Terrorçular ​Türkiyə-Azərbaycan sərhədi yaxınlığında partlayış törədib

Polislər Həsənxan kəndində qabaqcadan yola döşənmiş minaya düşüblər

Bakı. 8 sentyabr. REPORT.AZ/ Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı İğdır əyalətinin Dilucu sərhəd qapısında xidməti vəzifəsini icra etməyə gedən gömrük işçilərinin təhlükəsizliyini təmin edən polis əməkdaşlarını daşıyan mikroavtobus minaya düşüb. Hadisə nəticəsində 10 polis şəhid olub, 3-ü yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, polislər Həsənxan kəndində terrorçu PKK-nın qabaqcadan yola döşədiyi minaya düşüblər. Bölgədə əməliyyat keçirilir.

Qeyd edək ki, bu il avqustun 27-də də PKK həmin ərazidə vəzifə xidmətini icra edən polislərə hücum etmişdi. Onda baş verən atışma nəticəsində bir polis şəhid olmuşdu. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi