Türkiyə 8 qiyamçı hərbçi ilə bağlı Yunanıstana sorğu göndərib

Türkiyə 8 qiyamçı hərbçi ilə bağlı Yunanıstana sorğu göndərib Rəsmi Ankara Afinadan hərbçilərin ekstradisiyasını istəyir
Region
16 Avqust , 2016 14:15
Türkiyə 8 qiyamçı hərbçi ilə bağlı Yunanıstana sorğu göndərib

Bakı. 16 avqust. REPORT.AZ/ Türkiyə Ədliyyə Nazirliyi Yunanıstana qaçmış 8 qiyamçı hərbçi ilə bağlı qonşu ölkəyə sorğu göndərib.

"Report" "Cümhuriyet" qəzetinə istinadən xəbər verir ki, rəsmi Ankara Afinadan hərbçilərin ekstradisiyasını istəyir. 

Xatırladaq ki, türkiyəli hərbçilər Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra helikopterlə Yunanıstanın şimal-şərqindəki Aleksandrupolis şəhərinə qaçıblar. Qaçan hərbçilər arasında üç mayor, üç kapitan və iki gizir var.

Son xəbərlər

Orphus sistemi